Bakıda yağış axşama doğru kəsiləcək
17 Oktyabr 2018 12:27 SosialBu gün Bakıda və Abşeron yarımadasında oktyabrın 17-də buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bəzi yerlərdə arabir yağış yağacağı, axşama doğru yağışın tədricən kəsiləcəyi gözlənilir. Cənub küləyi əsəcək.
Havanın temperaturu gündüz 18-20, axşam 15 dərəcə isti təşkil edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31