"Virtual Qarabağ"ın saytı yeni versiyada təqdim ediləcək

Oktyabrın 19-da "Holiday Inn Baku Hotel"də  "Virtual Qarabağ" İnformasiya - Kommunikasiya Texnologiyaları (İKT) Mərkəzi öz portalının (www.virtualkarabakh.az) yeni versiyasını təqdim edəcək.

Gənclər və İdman Nazirliyi (GİN) yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyevin "Olaylar"a verdiyi məlumata görə, "Virtual Qarabağ"ın saytı GİN-in dəstəyi ilə 5 dildə (Azərbaycan, ingilis, rus, türk və fransız dillərində) hazırlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31