Bakıya yağan yağış "şəlalə" yaratdı – VİDEO

Bu gecədən yağan intensiv yağış paytaxt küçələrində xoşagəlməz görüntülərin ortaya çıxmasına səbəb olub.

BAKU.WS-in məlumatına görə, sürücülər su ilə dolan yollarda çətinliklə hərəkət edib. Xüsusilə, Binaqədi yolunda yağış sularının yaratdığı böyük gölməçələr sürücülərə paytaxt küçələrində əsl adrenalin yaşadıb.

Bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılır. Belə görüntülərdən biri də Binəqədi rayonu, 9-cu mikrorayonda çəkilib.

Videodan da göründüyü kimi yağış suyu şəlaləni xatırladır.

Qeyd edək ki, gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31