Azərbaycanda pomidor qəfil ucuzlaşdı - səbəb bilindi (VİDEO)
17 Oktyabr 2018 11:11 SosialSon bir neçə gündə bazarlarda pomidorun qiymətində ciddi enmə müşahidə edilir.
Təxminən 10 gün əvvəl kiloqramı 2-3 manata satılan pomidorun qiyməti indi 1 manatdan da aşağıdır.
Satıcılar qiymətin enməsini bolluqla və pomidorun Rusiya bazarlarına çıxarılmaması ilə əlaqələndirirlər.
Qiymətlərin enməsi bazarlarla yanaşı, mağazalarda da özünü göstərir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31