Flora Kərimovanın heç yerdə olmayan şəxsi arxiv görüntüsü yayıldı - FOTO
17 Oktyabr 2018 11:10 SosialXalq artisti Flora Kərimovanın heç yerdə olmayan arxiv görüntüsü yayılıb.
BAKU.WS xəbər verir ki, mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Rəşat Kəsəmənli atasının anım günü münasibətilə sosial şəbəkədə fotolarını paylaşıb.
Fotolardan biri - canlı əfsanə Flora Kərimova ilə çəkilən şəkil izləyicilərdə böyük maraq doğurub.
Xatırladaq ki, şair, publisist Nüsrət Kəsəmənli 1945-ci ildə anadan olub, 2003-cü ildə 57 yaşında vəfat edib. Bir çox müğənnilər, eləcə də Flora xanım onun sözlərinə yayılmış bir çox mahnıları ifa ediblər.
Sözügedən fotonu təqdim edirik:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31