İnam Kərimov Masallıda qəbul keçirəcək
15 Oktyabr 2018 17:11 SosialAzərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov 19 oktyabr 2018-ci il tarixində, saat 11:00-da Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik və Yardımlı rayonlarının sakinləri ilə görüşəcək. Nazirlikdən "Olaylar"a bildirilib ki, görüşdə iştirak etmək istəyənlər Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-287-12-12) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin "Çağrı mərkəzi" (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31