Telman İsmayılovun bacısı oğlu girov müqabilində azadlığa buraxıla bilər
15 Oktyabr 2018 15:40 SosialRusiyanın Moskva Şəhər Məhkəməsi tanınmış iş adamı Telman İsmayılovun bacısı oğlu Zaur Mərdanovu 10 milyon rubl girov qoyulması müqabilində azad etmək barədə qərar çıxarıb.
Z.Mərdanov barəsində bu ilin sentyabrın 20-də Basmannı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
O, 2004-cü ildə müğənni Avraam Russonu oğurlamaqda ittiham edilir.
T.İsmayılov barədə isə 2016-cı ildə iş adamları Vladimir Savkin və Yuri Brılevin qətlə yetirilməsi ilə əlaqədar təşkilatçı qismində qiyabi həbs qətimkan tədbiri tətbiq olunmuşdu.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31