Qərargah Badamdar sürüşmə sahəsindəki son durumu açıqlayıb
15 Oktyabr 2018 15:38 SosialBadamdarda sürüşməkütləsi üzərində dəyişikliklər qeydə alınmayıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, nazirlik tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik davam edir. Sürüşmə sahəsi üzərində asılı qalmış süxurların xırda hissələrinin yamaca doğru hərəkəti müşahidə olunub. Ərazinin üst hissəsindəki evlərin hasarlarının birində eni 2, hündürlüyü 1 metr olan hissəsində uçqun töküntü prosesi qeydə alınıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31