Səhiyyə Nazirliyi mədəkiçiltmə əməliyyatından sonra ölən şəxslə bağlı araşdırma aparır

Səhiyyə Nazirliyi "Modern Hospital" klinikasında mədəkiçiltmə əməliyyatından sonra dünyasını dəyişmiş Bakının Mərdəkan qəsəbəsindəki Qaranquş sanatoriyasında məskunlaşmış şuşalı məcburi köçkün 34 yaşlı Samir Dəmirovun ölümü ilə bağlı araşdırma aparır.

Bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib:

"Hazırda Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi də araşdırma aparır. Araşdırma bitən kimi nəticələr hüquq-mühafizə orqanlarına təqdim ediləcək. Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanları da araşdırma aparırlar".

Qeyd edək ki, Bakının Mərdəkan qəsəbəsindəki Qaranquş sanatoriyasında məskunlaşmış şuşalı məcburi köçkün 34 yaşlı Samir Dəmirov "Modern Hospital" klinikasında həkim Taryel Ömərov tərəfindən mədəkiçiltmə əməliyyatı olunandan bir ay sonra dünyasını dəyişib. Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.

Mərhumun yaxınları iddia edirlər ki, ölümə məhz həkim səhvi səbəb olub.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31