Azərbaycanlı professor, diaspor rəhbəri Qazaxıstanda vəfat etdi

Qazaxıstanda Azərbaycan icmasına böyük itki üz verib. Qazaxıstanın Azərbaycan Mədəniyyət Mərkəzləri Birliyinin rəhbəri Vidadi Salahov dünyasını dəyişib. Bu barədə Musavat.com-a Azərbaycanın Qazaxıstandakı səfirliyindən məlumat verilib.

Bildirilir ki, Vidadi Koroğlu oğlu Salahov 1957-ci il dekabrın 31-də Kəlbəcər rayonunun Bağlıpəyə kəndində anadan olub.

1978-1983-cu illərdə Voronej Dovlət Universitetində təhsil alıb. Tarix üzrə fəlsəfə doktorudur.1983-1987-ci illərdə Astanada (keçmiş Tselinoqradda) 23 saylı orta məktəbin tarix muəllimi kimi fəaliyyətini davam etdirib.

Beynəlxalq Ekologiya və Energetika Akademiyasının müxbir üzvüdür. 1987-1992-ci illərdə Kemerovo vilayəti Tastaqol rayon Kondama kəndinin orta məktəbində tarix muəllimi kimi işləyib.

1994-1997-ci illərdə Akmola vilayətinin Tselinoqrad rayonunun "Priziv", 1997-2004-cu illərdə "Akmola" Astana şəhərində fəaliyyət gostərən "Azamat", "Times" kimi mətbu orqanlarda müxbir kimi çalışıb.

2004-cu ildən "Turan-exspress" qəzetinin baş redaktorudur. Qazaxıstanda Azərbaycan diasporunun formalaşmasında xüsusi rolu olub.

2011-ci il iyulun 4-də isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun mohkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunub.

Qazaxıstan tərəfindən də bir neçə mükafatlara layiq görülüb. Ailəli idi.

Allah rəhmət eləsin!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31