Bakıda qaçırılan avtomobil tapıldı - oğruların inanılmaz üsulu - FOTO
14 Oktyabr 2018 18:56 Sosial8 oktyabr tarixində Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində gecə saatlarında oğurlanan avtomobil tapılıb.
BAKU.WS-ə müraciət edən zərərçəkən Hüseyn Quliyev "Mercedes" markalı avtomobilinin həyətindən oğurlandığını bildirmişdi. Şüşəsi sındırılaraq oğurlanan avtomobil qısa zamanda tapılıb.
Hüseyn Quliyev bildirir ki, oğurlanan maşını Binəqədi kəndi ərazisində tapılıb. Oğrular maşının xarici görünüşündə dəyişiklik edib.
1996-cı il avtomobilin detalları dəyişdirilib və 1998-ci ilə uyğun olaraq yığılırmış. Avtomobilin detallarının dəyişdirilməsindən belə qənaətə gəlmək olar ki, dələduzlar maşını baha qiymətə sataraq daha çox qazanc əldə etməyi planlaşdırıb.
Faktla bağlı 19-cu polis bölməsində araşdırma aparılır.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31