Bayılda təhlükə artır — Avtobusların gediş-gəlişi dayandırıldı
12 Oktyabr 2018 14:29 SosialXəbər verdiyimiz kimi, Bakının Badamdar qəsəbəsində, Bayıl yamacında sürüşmə yenidən aktivləşib. Bununla əlaqədar olaraq paytaxtın Səbail rayonu Badamdar şosesində (Badamdar - "20-ci sahə"ni birləşdirən yol) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu səbəbdən 53 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib. Hazırda qeyd edilən marşrut xətləri üzrə avtobuslar "20-ci sahə" adlanan əraziyə getmək üçün alternativ yollardan istifadə edirlər.
Dəyişiklik Badamdar şosesində hərəkət bərpa edilənədək qüvvədə olacaq
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31