Sumqayıtda 4 tələbə dönərdən zəhərlənib
12 Oktyabr 2018 14:05 SosialSumqayıt şəhərində kütləvi zəhərlənmə olub.
Sumqayıt Musiqi Kollecinin tələbələri - 16 yaşlı Ləman Əsgərova, 17 yaşlı Turac Abdinova, 17 yaşlı Bahar Əhmədova və 18 yaşlı Aydan Abdullayeva qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Araşdırma zamanı onların Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində yerləşən dönərxanaların birindən alıb yedikləri dönərdən zəhərləndikləri məlum olub.
Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31