Bakıda insan hüquq və azadlıqları ilə bağlı tədbir keçirib
11 Oktyabr 2018 13:28 SosialMDB Parlamentlərarası Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq institutunun Bakı filialı "Azərbaycan Respublikasında insan və vətəndaşın hüquq və azadlıqlarının müdafiəsi sahəsində dövlət dəstəyi"mövzusunda tədbir keçirib. MDB PAA DİMBİ Bakı Filialının mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, tədbirdə müxtəlif ictimaiyyət və elm xadimləri, professor-müəllim heyəti, ekspertlər,ziyalılar,müxtəlif QHT nümayəndələri, KİV-lər, TÜRK PA-dan olan nümayəndələr və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Tədbirdə Azərbaycan Respublikasında insan hüquqlarının təşəkkül və inkişaf tarixi, bu sahədə həyata keçirilən islahatlar, beynəlxalq təşkilatlarla əməkdaşlıq nəticəsində qəbul, ratifikasiya və implementasiya edilən qanunlar, əldə olunan təcrübə barədə geniş müzakirələraparılmış və MDB PAA DİMBİ Bakı filialının hazırladığı broşuralar (paylama materialları) iştirakçılara paylanılıb.