Tünzalə üçün başlanan kampaniya sona çatdı - 60 min manat toplandı
10 Oktyabr 2018 10:16 SosialAparıcı Zaur Baxşəliyev isə Tünzalə üçün xeyriyyə marafonu başlayıb. Ötən aydan başlanan kampaniya bu gün sona çatıb. Tünzalə üçün xalqın və sənət nümayəndələrinin köməyi ilə 60 min AZN toplanıb.
Bu barədə danışan "Toppuş bacı" ləqəbli aktrisa xoşbəxt olduğunu bildirib:
"Başda Zaur olmaqla, hər kəsə təşəkkür edirəm. Xoşbəxtliyimi yaşayıram. Kəndimizdə təmiz hava alıb, güclü, qüvvətli, sağlam Tünzalə qarşınıza bir də gələcək. Mənə kömək edən hər kəsə, sənət dostlarıma bir-bir təşəkkür edirəm. Evi olmayanlara, Allah ev, övladı olmayanlara, övlad qismət eləsin.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31