Paytaxtda hələ də dəyişdirilməyə ehtiyac olan küçə adları var
Həmin adlar ictimai və dövlətçilik maraqlarına cavab vermir Azərbaycan müstəqillik əldə etdikdən sonra əksər küçə və parkların adları milliləşdirilərək yeniləri ilə əvəz olundu. Məlumat üçün qeyd edək ki, küçələrinin, parklarının və meydanlarının yerləşdiyi Bakının mərkəzi hissəsinin əsası çar dövründə qoyulub.
10 Sentyabr 2018 13:35 SosialHəmin adlar ictimai və dövlətçilik maraqlarına cavab vermir
Azərbaycan müstəqillik əldə etdikdən sonra əksər küçə və parkların adları milliləşdirilərək yeniləri ilə əvəz olundu. Məlumat üçün qeyd edək ki, küçələrinin, parklarının və meydanlarının yerləşdiyi Bakının mərkəzi hissəsinin əsası çar dövründə qoyulub. Buna görə də şəhərin mərkəz hissəsində küçələrinin ilkin adları hələ 1917-ci ilin inqilabından əvvəl qoyulub. Sovet dövründə demək olar ki, bütün küçələrin adları dəyişdirilib. Küçələrin əksəriyyətinə Bakıya heç bir aidiyyatı olmayan, hətta Azərbaycan xalqına qarşı cinayətləri ilə "tanınmış" sovet və partiya xadimlərinin adları qoyulurdu. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra daha bir addəyişmə dalğası keçdi. Küçələrin yeni adlarında Azərbaycanın mədəniyyət, elm xadimlərinin, tarixi şəxsiyyətlərinin adları əks olunmağa başlandı. Belə ki, küçə və digər məkan adlarının milliləşdirilməsi istiqamətində bir sıra işlər görüldü. Bir zamanlar rus imperiyası tərəfindən dəyişdirilən adlar yeniləndi. Daha doğrusu, onların öz həqiqi adları geri qaytarıldı. Salınan yeni küçələrə, parklara, xiyabanlara və digər bu kimi sosial məkanlara milliliyi özündə əks etdirən adlar verildi. Eyni zamanda, bütün sözügedən işlər ictimai maraqlar nəzərə alınmaqla həyata keçirildi. Əhalinin bununla bağlı istəkləri, tələbləri əsas götürülərək adların yenilənməsinə önəm verildi. Ən başlıcası, əvvəlki adlar yerinə qaytarıldı. İctimai və dövlətçilik maraqlarına uyğun adlar seçildi. Lakin qeyri-müəyyən səbələrdən sözügedən proses sona çatdırılmayıb. Belə ki, hələ də paytaxtda Bakıya heç bir aidiyyatı olmayan küçə adları qalmaqdadır. Bəzi hallarda isə verilən yeni adlar heç bir məna kəsb etmir, kiminsə şəxsi maraqlarını təmin etmiş olur. Bəzən əhalinin müəyyən təbəqəsi bunlardan ya xəbəri olmur, ya da bunun əhəmiyyətini yetərincə anlamır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən o qədər qəhrəmanlarımız var ki, onların adlarının əbədiləşdiriməsi ən önəmli məsələdir. Küçə və parkların adlarının dəyişdirilməsi zamanı bu məsələyə diqqət yetirilməsi vacib məsələdir. Onu da qeyd edək ki, sözügedən məsələ təkcə Bakı şəhərində deyil, eləcə də rayonlarda müşahidə olunmaqdadır. Elə bu səbədən də nəinki keçə və xiyabanların, həmçinin kənd və qəsəbələrin adlarının dəyişdirilməsi prosesi aparılır. Qeyd etmək yerinə düşərdi ki, bir müddət öncə Göyçay, Goranboy, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Oğuz, Saatlı, Samux, Şəmkir, Yevlax, Masallı, Ağsu və Astara rayonlarında 15 kənd və qəsəbələrinin adları dəyişdirilib. Etiraf edək ki, küçə və xiyabanların adlarının təhrif edilməsinin qarşısının alınması məqsədilə qanunvericilik bazası yaradılıb. Belə ki, hazırda ünvan reyestrində həmin adlar sistemli şəkildə saxlanır. Hüquqşünas Alim Hüseynli bldirib ki, ünvan reyestri daşınmaz əmlakın vahid kadastrının tərkib hissəsi olmaqla, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestrində daşınmaz əmlak obyektinin ünvanının rekvizitləri, ərazi vahidinin adı, daşınmaz əmlak obyektinin fərdiləşdirilməni təmin edən rəqəmlərdən və zəruri hallarda onlara əlavə edilmiş hərflərdən və (və ya) işarələrdən ibarət nömrə. Azərbaycan Respublikasının ərazisi üzrə ərazi vahidləri və nəqliyyat infrastrukturu obyektlərinin mövcud və əvvəlki adları, bu adların verilməsinin, habelə onların əmələ gəlməsinin və dəyişdirilməsinin əsasları (tarixləri), ünvan verilmiş daşınmaz əmlak obyektinin növü, onun mülkiyyətçisi (sahibi) haqqında məlumatlar sistemləşdirilmiş şəkildə saxlanılır.
Bəs ünvan reyestrində saxlanılan məlumatlara hansı hallarda dəyişiklik və ya əlavələr edilir? Hüquqşünas qeyd edib ki, daşınmaz əmlak obyektinin yerləşdiyi ərazi vahidinin və nəqliyyat infrastrukturu obyektinin qanunvericiliklə müəyyən edilmiş qaydada adı dəyişdirildikdə, habelə müvafiq nəqliyyat infrastrukturu obyektinə yeni ad verildikdə və ya onun adı dəyişdirildikdə, texniki səhvlər aradan qaldırıldıqda, ünvanın statusu dəyişdikdə və məhkəmənin qərarı olduğu hallarda dəyişiklik və ya əlavələr edilir: "Daşınmaz əmlak obyektinə ünvan hansı hallarda verilməsin toxunan hüquqşünas bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli Fərmanı ilətəsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması vədaşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"na əsasən, daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir: qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda;daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. Onu qeyd edim ki, burada əsas məsələdə ictimai maraqlar və həmin maraqlardan irəli gələn tələblər hər zaman prioritet təşkil etməlidir. Çünki ictimai maraqların nəzərə alınması, qorunması və ondan irəli gələn tələblərin yerinə yetirilməsi həm də sosial sifarişin həyata keçirilməsi anlamına gəlir".
Onun sözlərinə görə, eyni vəziyyət hazırda yeni tikilən iaşə obyektlərində davam etməkdədir: "Hazırda sahədə bir sıra xoşagəlməz tendensiyalar da var ki, bu narahat olmağa ciddi əsas verir. Problem ondadır ki, yeni tikilən restoranların, otellərin, şadlıq evlərinin və bu kimi digər obyektlərin adları heç yerinə düşmür. Çox təəssüf ki, yeni açılan xidmət sahələrinin əksəriyyətində milli adlara üstünlük verilmir. Halbuki, indiki dövrdə buna çox böyük ehtiyac var. Problem ondadır ki, böyük çoxluq özləri də başa düşdü-düşmədi, xarici adların qoyulmasına üstünlük verir. Bunun özü çox ziyanlı tendensiyadır. Çünki, yaranmış vəziyyət dəyərlərə çox pis zərbə vurur".
Nurlan