Nazir vətəndaşlarla görüşəcək
10 Sentyabr 2018 13:29 SosialKənd təsərrüfatı naziri İnam Kərimov sentyabrın 14-də Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Neftçala, Sabirabad, Hacıqabul və Salyan rayonlarının sakinləri ilə görüşəcək. Bu barədə məlumat "OLAYLAR"-a nazirliyin informasiya təminatı şöbəsindən daxil olub. Bildirilib ki, görüşdə iştirak etmək istəyənlər Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-3175800) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin "Çağrı mərkəzi" (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31