“İrəli” yeni layihəyə start verdi

Gənclər və İdman Nazirliyinin dəstəyi(GİN), "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə SAY hərəkatının 7-ci fəaliyyəti olan"Azərbaycan Gənclərinə Dəstək- Könüllülər Düşərgəsi (SAY:Cümhuriyyət)" layihəsinin icrasına başlanılıb. İctimai Birlikdən "OLAYLAR"-a bildirilib ki, Lənkəran şəhərində layihənin açılış mərasimi baş tutub. Azərbaycan Respublikası Dövlət Himni səslənib və tədbir açıq elan edilib. Açılış mərasimində "İrəli" İctimai Birliyinin sədri MirHəsən Seyidov və Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov çıxış edib könüllülük fəaliyyəti, gənclərə göstərilən dəstək, dövlət gənclər siyasətinin icrası istiqamətində görülən işlərdən danışaraq layihə iştirakçılarına uğurlar arzulayıblar.

Çıxış edən "İrəli" İctimai Birliyinin sədri MirHəsən Seyidov hər zaman dövlət gənclər siyasətini dəstəklədiklərini, Azərbaycanda könüllülük hərəkatının da gənclərimizin yüksək fəallıq nümayiş etdirdiyi sahələrdən olduğunu vurğulayıb. Sədr qeyd edib ki, beynəlxalq yarışlarda aparıcı qüvvə sayılan könüllü gənclərin əməyi də hər zaman xüsusi qiymətləndirilir. İcra edilən layihə çərçivəsində ölkə gənclər siyasətinə töhfə vermək məqsədilə gənclərin ölkə maraqlarının qorunmasında aktiv iştirakını təmin etmək, sağlam düşüncəli, rəqabətədavamlı gənclər şəbəkəsinin formalaşdırılmasına nail olmaq nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31