BİR DAHA ORTAQ TÜRKCƏ və ORTAQ ƏLİFBA BARƏDƏ
-Ortaq türkcə, ortaq əlifba məsələsi türk dünyası ünvanlı hər görüş, toplantı, konfrans və qurultayda bir şəkildə səsləndirilən məsələlərdəndir. Hələ illər öncə qardaş Türkiyədə keçirilən türk dünyası qurultaylarının birində Türkiyə türkcəsinin ortaq danışıq dili olaraq qəbul edildiyini xatırlatmaq istərdim. Bu, hələlik mümkün variantların ən doğrusudur. Yəni yeni dil yaratmırsan, yaxud onu zorla, tələsik yaratmırsan, zamanla söz alış-verişi təbii bir məcraya varır, o vaxta qədər də, bir yabançı dilə ehtiyac duymursan, fikirlərini öz doğma türkcələrimizdən birində ifadə edirsən. Türkiyə malik olduğu imkanlar baxımından, örnəyi, televizya yayımı, radio dalğalandırması, film çəkimi, kitab nəşri, habelə universitet və əlbəttə, əhali sayı və s. baxımından xeyli irəlidə olan qardaş ölkədir.
10 Sentyabr 2018 13:24 Sosial-Ortaq türkcə, ortaq əlifba məsələsi türk dünyası ünvanlı hər görüş, toplantı, konfrans və qurultayda bir şəkildə səsləndirilən məsələlərdəndir. Hələ illər öncə qardaş Türkiyədə keçirilən türk dünyası qurultaylarının birində Türkiyə türkcəsinin ortaq danışıq dili olaraq qəbul edildiyini xatırlatmaq istərdim. Bu, hələlik mümkün variantların ən doğrusudur. Yəni yeni dil yaratmırsan, yaxud onu zorla, tələsik yaratmırsan, zamanla söz alış-verişi təbii bir məcraya varır, o vaxta qədər də, bir yabançı dilə ehtiyac duymursan, fikirlərini öz doğma türkcələrimizdən birində ifadə edirsən. Türkiyə malik olduğu imkanlar baxımından, örnəyi, televizya yayımı, radio dalğalandırması, film çəkimi, kitab nəşri, habelə universitet və əlbəttə, əhali sayı və s. baxımından xeyli irəlidə olan qardaş ölkədir.
Ortaq əlifba məsələsi də, tələskənliyi sevməyən, ancaq biganə qalınması da mümkün olmayan məslələrdədndir. Bu sahədə də, qırğız qardaşlarımızı çıxmaq şərti ilə, müstəqil türk dövlətləri müəyyən addımlar atıb, hamısı latın qrafikli əlifbaya ya keçib, ya da bu barədə qərar qəbul edib. Ümidvaram, bugünlərdə TürkKENEŞİnin VI Zirvəsi üçün Çolpan-Atada bir araya gələn qardaş dövlət başçılarının ayağı sayalı olar, Qırğız eli də, çox gec qalmadan latın qrafikalı əlifbaya keçər.
Əlbəttə, adından da gördünüyü kimi, "türk qrafikalı" deyil, "latın qrafikalı" deyirik; lakin bir halda ki bu əlifba əksər türk xalqlarının istifadə etmiş olduğu kiril qrfikalı əlifbadan daha geniş imkanlı, daha qədim və daha əlverişlidir, o zaman bu mövzunun "gərginliy"i itmiş olur. Digər yandan bu əlifba bizim Orxon-Yenisey əlifbamıza da yaxındır, hətta ondan əsintilənərək yaradıldığı deyilir. Əgər Orxon-Yenisey əlifbasına dönmürüksə, bütün başqa əlifbalardan bir köynək yaxın olan "latın qrafika"lı əlifba ən uyğunudur. Sadəcə olaraq, hərənin "öz latın qrafikası"nın yarandığını da izləməkdəyik; bax, bu düşündürücüdür. Akademik çalışmalarla, "latın qrafikaları"mızı da bir-birinə uyğunlaşdımalıyıq. Açığı, bu planda bizim "latın qrafikamız" daha əlverişli görünür.
Bu dediklərimiz alimlərin görməli işlərdi, akademiyaların, universitetlərin sistemli işini tələb edir; bir də var, ruh adamlarının, lap deyək, idealistlərin, sevdalıların görməli olduğu iş - bax, bu ortaq keçmişimizi mümkün olan ən yaxşı halı ilə ortaq gələcəyə daşımaqdır. Qoy, bir şair, yazıçı Orxon-Yenisey əlifbası ilə sevgilisinə məktub yazan turançı gənclərin obrazını yaratsın; əsərlərimizdə qəhrəmanlar Turan, Azərbaycan adları ilə tanıdılsın; yer adlarımız, ünvanlarımız öztürkcəmizdə olsun, filmlərdə geyimlərimiz, damğalarımız, süslərimiz turanca, hunca "danışsın"; kinomuz köçəri mətbəxini də, necə deyərlər, "şəhərləşmiş mətbəx"ə keçidi də göstərsin; aşıqlarımız qəhrəmanlıq dastanlarımızı arındırsın-durultsun...
Əkbər Qoşalı,
DGTYB Məsləhət Şurasının başqanı, Milli QHT Forumu İdarə Heyətinin üzvü