Vəkillik sahəsində mütərəqqi islahatlar aparılır
10 Sentyabr 2018 12:13 SosialMəqsəd vətəndaşlara keyfiyyətli hüquqi yardım göstərməkdir
Ölkəmizdə vəkillik fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının səmərəli müdafiəsi ilə bağlı mütərəqqi islahatlar aparılır, xüsusilə vəkillərin sayının artırılması, vəkillərə olan etimadın gücləndirilməsi, habelə son nəticədə vəkilliyin nüfuzunun artırılması üçün lazımi işlər görülür. Vəkillərin minimal peşə standartları, onların vəkillik peşəsinə daxil olmalarının institusional normativləri, şübhəsiz ki, mövcud olmalıdır. Adı çəkilən standartların tətbiqi isə labüd etmişdir ki, ölkəmizdə 1995-ci ildən etibarən ümummilli lider Heydər Əliyevin başçılığı ilə başladılmış hüquq islahatlarının bəhrələrindən biri qismində, 1999-cu ildən "Vəkillər və vəkillik fəaliyyəti haqqında" yeni qanun əsasında fəaliyyət göstərən vəkillərin peşəkar birliyi olan Vəkillər Kollegiyası yaradılmışdır. Ötən dövr ərzində Vəkillər Kollegiyasının fəaliyyətinin təkmilləşdirilməsi hüququn digər sahə və qollarında aparılan islahatlar ilə uzlaşdırılmış, dövrün tələbinə əsasən vəkillik haqqında qanunverciliyə çoxsaylı mütərəqqi dəyişikliklər edilmişdir. Vəkil Rövşən Qasımov qeyd edib ki, "Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin yeni redaksiyasının vəkillərin müzakirəsinə çıxarılması da təsadüfi hal olmamaqla, vəkillərin davranışı ilə bağlı deontoloji qaydaların mütərəqqi beynəlxalq standartlara yaxınlaşması məqsədini daşıyırdı. Adı çəkilən bu mütərəqqi dəyişikliklər vəkilliyin daha da institusionallaşmasına zəmin yaratmaqla, vəkil peşəsinin nüfuzunun artmasında öz sözünü deməkdədir. Bu dəyişikliklər hadisələrin təsadüfi axarının nəticəsi olmamaqla, artıq ölkəmizdə neçə illərdir ki, aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarına davamı, hətta onun bir parçası kimi qiymətləndirilır.Təbii ki, vəkillik də məhkəmə hüquq sisteminin mühüm qollarından biri olmaqla, bu sistemin sağlam bütövlüyünün təmin edilməsində xüsusi yerə malikdir və bu mənada, vəkillik sahəsində aparılan islahatlar hüquq sisteminin digər qollarında aparılan islahatlarla üzvi şəkildə səslənir. Bu günə kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunmuş insan hüquqlarının müdafiəsi məsələlərinə həsr olunmuş dövlət, milli fəaliyyət proqramlarının hamısında Azərbaycan vəkilliyi unudulmayıb və çoxsaylı faydalı tövsiyələr verilib. 2004-cü ildə qəbul olunmuş Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramını, 2007-ci ildə qəbul olunmuş Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanı, 2011-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramını nümunədir. Bu sənədlərdə vəkillik institutunun təkmilləşdirilməsi, Vəkillər Kollegiyasının maddi-texniki təminatının yaxşılaşdırılması, vəkillərin tədrisində insan hüquqları sahəsində beynəlxalq konvensiyalarla bağlı mövzuların geniş istifadə edilməsi, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, vəkillik institutunun müstəqilliyinin təmin edilməsi, habelə bölgələrdə peşəkar vəkillərin sayının artırılması məsələləri xüsusilə vurğulanırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikasının Mülki Prosessual, İnzibati Prosessual məcəllələri və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanununa dəyişikliklər təsdiqlənib. Həmin qanunlar ilə vəkillik institutunun hüquq sistemində yerinin gücləndirilməsi, peşəkar və yüksək keyfiyyətli hüquqi yardımın məhz vəkillərə həvalə edilməsi qərara alınırdı. Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamında ölkədə vəkillərin sayının artırılması məsələsi Vəkillər Kollegiyasına tövsiyə olunurdu ki, artıq bu günədək bu sahədə Kollegiya tərəfindən bir sıra addımlar atılıb. Belə ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən fərdi sahibkar qismində fəaliyyət göstərən hüquqşünasların vəkilliyə sənədlərinin qəbulu barədə qərarlar qəbul edilib , vəkillər sırasına qəbul edilir. Bundan başqa, Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunmuş ilkin razılığa əsasən, vəkilliyə qəbulun müntəzəm şəkildə həyata keçirilməsi uğurla həyata keçirilir. Azərbaycanda 1995-ci ildən etibarən ümummilli lider Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə başladılmış hüquq islahatlarının bəhrələrindən biri 1999-cu ildən "Vəkillər və vəkillik fəaliyyəti haqqında" yeni qanun əsasında fəaliyyət göstərən vəkillərin peşəkar birliyi olan Vəkillər Kollegiyasıdır. Ötən dövr ərzində Vəkillər Kollegiyasının fəaliyyətinin təkmilləşdirilməsi hüququn digər sahə və qollarında aparılan islahatlar ilə uzlaşdırılılırdı və dövrün tələbinə əsasən vəkillik haqqında qanunvericiliyə çoxsaylı mütərəqqi dəyişikliklər edilirdi: "Məhkəmələrdə yalnız vəkillər vasitəsilə təmsil olunmaq məsələsinə gəldikdə isə qeyd etmək yerinə düşər ki, ümumiyyətlə beynəlxalq təcrübədə hüquqi xidmətlərin vəkillik institutunun çətiri altında təmərküzləşməsi tendensiyası mövcuddur. 2012-ci ildə Avropa İttifaqı ilə birgə Avropa Şurasının müvafiq qurumları tərəfindən hazırlanmış "Vəkil peşəsinə dair" hesabatda Azərbaycanda vəkilliyin vəziyyəti ilə bağlı belə bir tövsiyə ifadə olunub: "Azərbaycanda mülki işlərdə nümayəndəlik istənilən şəxs tərəfindən həyata keçirilə bilər. Bu hal Avropa standartlarına cavab versə də, hüquqi yardımın daha səmərəli şəkildə göstərilməsi üçün ekspertlər təklif edirlər ki, mülki işlərdə nümayəndəliyin daha çox vəkillərin inhisarına verilməsi məsələsinə baxılmalıdır". Bu tövsiyədən çıxarılan nəticə odur ki, hüquqi yardımın məhz vəkillər tərəfindən göstərilməsi daha effektlidir. Dünya təcrübəsində, habelə beynəlxalq sənədlərdə istifadə olunan "vəkillərin inhisarı" ifadəsi mənfi mənada anlaşılmır, bu hüquqları qorunan şəxlərin daha məsuliyyətli müdafiəsinə xidmət edir. Bu istilahdan mötəbər beynəlxalq sənədlərdə, hesabatlarda tez-tez istifadə olunur və onun istifadəsi yuxarıda qeyd edilən amillərə görə normal qarşılanır".
Onun sözlərinə görə, Azərbaycanda ən geniş yayılan problemlərdən biri vəkil adından qanunsuz istifadə olmuşdur ki, bu praktikadan vəkillik haqqında qanunvericiliyə son dəyişikliklərədək ən çox həm məhkəmələrdə nümayəndəlik edən, həm də məhkəmələrdən kənar hüquqi yardım xidməti göstərən şəxslər yararlanırdılar. Bu sahədə mövcud problemlər aradan qaldırılmaqla qeyri-vəkillər tərəfindən vəkil adından sui-istifadə halları aradan götürüldü, dolayısı ilə vətəndaşların qeyri-peşəkarlar tərəfindən aldanılmalarının qarşısı alındı. Bununla bağlı Vəkillər Kollegiyası bu günlərdə dövlət orqanlarının və vətəndaşların bu kimi xoşagəlməz halların qurbanına çevrilməmələri üçün vəkil adından qanunsuz istifadə edən şəxslərə mətbuat vasitəsilə xəbərdarlıq edilirdi: "Problemlərdən danışarkən, qeyd etməliyik ki, vəkilliyə qəbul aparılana qədər ölkəmizdə vəkillərin sayı kifayət qədər deyildi. Bu gün Azərbaycan vəkilliyinin sıralarına gənc vəkillərin qoşulması təmin edilir, vəkilliyə qəbul ilə əlaqədar iş stajına dair cari qanunvericiliyimizin tələbinə diqqət yetirilir.Qanunvericilikdə vəkilliyə qəbulla bağlı ən böyük maneə vəkillərdən ixtisasları üzrə minimum 3 illik iş stajının tələb olunmasıdır. Bu, öz növbəsində universiteti təzə bitirmiş gənc hüquqşünasların bu peşəyə gəlmələrində mane törədirdi. Həmçinin gənclər üçün zəruri staj əldə etmək məqsədilə hüquq ixtisası üzrə iş tapmaq obyektiv səbəblərlə bağlı çətin ola bilərdi. Əksər şirkət və müəssisələr işə adətən stajlı hüquqşünasları götürməyə üstünlük verirlər. Bu sahədə beynəlxalq təcrübə belədir ki, xarici ölkələrin hüquq sistemlərinin bir çoxunda vəkilliyə namizədin ilk öncə yazılı imtahanda iştirak etməsi, daha sonra isə hüquq ixtisası üzrə iş stajına yiyələnməsi qaydası müəyyən olunub. Bundan əlavə, nəzərdə tutulmuş iş stajının əksər hallarda ölkədə mövcud olan vəkil qurumlarında, yaxud da fərdi qaydada fəaliyyət göstərən vəkillərin yanında keçirilməsi, staj müddətinin isə bir il olması nəzərdə tutulub. Bu praktikanın səbəbi namizədin vəkillik peşəsinin xüsusiyyətləri və incəliklərinə dərindən yiyələnə bilməsi, namizəd tərəfindən vəkilin daşıdığı məsuliyyət, eləcə də ictimai vəzifələrin tamamilə dərk olunmasıdır. Buna görə də "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanununda qeyd olunan üç illik iş staj müddətinin qısaldılması mütərəqqi addımdır".
R.Qasımov bildirib ki, hazırda ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi üzrə mühüm işlər görülməkdədir. Bu, xüsusilə dövlət orqanlarının fəaliyyətinə aiddir" "Təəssüf ki, eyni şeyi hələ ki, vəkillik sahəsinə aid edə bilmirdik. Məsləhətxanaların kompüterləşmə səviyyəsinin aşağı olması bir sıra təşkilati işlərin operativliyinə təsir göstərirdi. Buraya vəkil qurumları sisteminin şəbəkələşdirilməməsi də daxildir. Eyni zamanda, bura vəkilliyin mərkəzləşdirilmiş elektron şəbəkəsinin olmamasını da daxil edə bilərdik. Vəkillik fəaliyyətinin şəbəkələşdirilmiş vahid elektron sisteminin olmaması bu sahənin mərkəzləşmiş qaydada idarə olunmasında, vəkil qurumlarında işlərin səmərəli təşkilində, gələcək inkişaf proqnozlarının müəyyənləşdirilməsi üçün statistik hesabatların hazırlanmasında çətinlik yaradırdı. Həmin sistemin mövcud olmaması vəkillik sahəsinin şəffaflığına da mənfi təsir göstərməkdə idi. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və müvafiq vəsaitlərin cəlb olunması vasitəsilə bir neçə il ərzində problemin həllinə başlanmışdır. Azərbaycanda təməli ulu öndər Ümumimilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatları hüququn bir çox sahələrini əhatə edir. Qeyd olunan sahədə bu qədər mütərəqqi islahatlar fonunda vəkillik institutunun da hüququn digər sahələri ilə sinxron inkişafının təmin edilməsi zəruri idi. Eyni zamanda, vəkilliyin müstəqil təsisat olmasını və onun nüfuzunun artırılması vəzifəsinin bizim üzərimizə düşdüyünü nəzərə alaraq, bizim yerimizə kiminsə gəlib vəkillikdə islahatlar aparmasını gözləmək düzgün olmazdı. Əgər bu gün biz peşəmizin inkişafında, Konstitusiyamız ilə üzərimizə qoyulan vəzifələrimizin, xüsusilə vətəndaşların keyfiyyətli hüquqi yardımla təmin edilməsində maraqlıyıqsa, o zaman biz peşəkar bilik və vərdişlərimizin daim inkişaf etdirilməsinə çalışmalı, aparılan müsbət işlərə öz əməli töhfəmizi verməliyik. Unutmaq lazım deyil ki, bir sıra inkişaf etmiş qərb olkələrində "icbari təmsilçilik", habelə təmsil olunmanın yalnız vəkil tərəfindən həyata keçirilməsi institutu mövcuddur. İcbari təmsilçiliyin tətbiq edilməsində məqsəd effektiv məhkəmə prosesinin təmin edilməsi, tərəflərin məhkəmə prosesində uğur qazanması və bələliklə də ədalətin bərqərar edilməsinə nail olmaqdır. Effektiv məhkəmə prosesinin təmin edilməsi belə əsaslandırılır ki, prosessual qaydaları bilməyən tərəf məhkəmə prosesini yavaşlada, qarşı tərəfə ziyan vura və məhkəmənin keyfiyyətinə neqativ təsir edə bilər. Misal üçün, ABŞ-da özü-özünü təmsil etmək hüququ "Məhkəmə və məhkəmə prosesi haqqında" məcəllədə təsbit edilmişdir ki, orada öz-özünü təmsil etmək hüququ iddiaçıya və ya cavabdehə bütün məhkəmə instansiyalarında və cinayət və mülki işlərdə tanınır. Lakin bu, vəkil olmayan şəxsin başqa fizki və hüquqi şəxsi məhkəmədə təmsil etmək hüququnu yaratmır. Başqa fizki və hüquqi şəxsi məhkəmədə təmsil etmək üçün isə vəkillər kollegiyasının üzvü olmaq tələb edilir. Həmçinin İngiltərə və digər ümumi hüquq sistemi olan ölkələrin qanunvericiliyində vəkil tərəfindən təmsil edilmə tələbi qoyulmadığına baxmayaraq, təcrübədə 10 min funt sterlinqdən yuxarı dəyəri olan işlərdə vəkil xidmətindən mütləq qaydada istifadə edilir. Almaniyada yalnız 5 min avroyadək məbləğlərdəki iddialarda vəkilin iştirakı olmadan təmsil olunma mümkün sayılır. İtaliyada, İspaniyada və digər Avropa ölkələrində də oxşar qaydalar tətbiq edilir. Qeyd etmək yerinə düşər ki, ümumiyyətlə, dəyişikliklər kifayət qədər mütərəqqi hesab olunmqla mütərəqqi xarekter daşıdı, həmçinin vəkillik institutunun güclənməsinə şərait yaradan dəyişikliklər olaraq bu təşəbbüs alqışa layiq oldu. Çünki adı çəkilən təklifləri bu sahədə mövcud olan problemləri aradan qaldırmaqla nümayəndələr tərəfindən vəkil adından sui-istifadə hallarını aradan götürmüş, həmçinin nümayəndə təbəqəsi arasında geniş praktika edilən vergidən yayınma hallarını ləğv edilmiş, dolayısilə vətəndaşların qeyri-peşəkarlar tərəfindən aldanılmalarının qarşısı alınmışdır.Ümumiyyətlə, artıq cəmiyyətimizin hər bir üzvü anlayır ki, necə ki, tibbi xidmətlərin göstərilməsi sahəsində şarlatanların fəaliyyəti absurd və qanunsuzdur, bu, hüquqi xidmətlərə də aid edildi. Çünki hər iki halda məsələ insan taleyidir. Bu baxımdan hüquqi yardımın peşəkarlar tərəfindən göstərilməsi zəruri idi. Bir məsələni xüsusi vurğulamaq istəyirəm ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarına artıq neçə illərdir ki, başlanılmışdır və bu işlər bu gün də uğurla davam etdirilir. Vəkillik sahəsinə gəldikdə isə aparılan islahatlar istər-istəməz vəkillik fəaliyyətinə təsirsiz ötüşməyəcəkdir, çünki vəkillik və hüquqi yardım sahəsi də bu islahatlar ilə birgə uğurla addımlamalıdır. Bu mənada, vəkillik sektorunda, ümumiyyətlə hüquqi təmsiletmə sahəsində islahatlar haradansa başlanılmalı idi ki, aparılan islahatlar, şübhəsiz, tək bu gün üçün deyil, həm də gəlcəyə hesablanmış addım olaraq dəyərləndirilməlidir".
Zəka