Azərbaycanlı bacılar millət vəkili seçildilər
10 Sentyabr 2018 12:43 SosialDünən İsveçdə baş tutan parlament seçkilərində Aylin Fazelian Sosial-Demokrat Partiyasından İsveç parlamentinə, bacısı 34 yaşlı Ayda Kərimli isə Mərkəz Partiyasından əyalət millət vəkili seçiliblər.
Bu barədə diaspor üzrə araşdırmaçı-jurnaslist Elnur Eltürk məlumat verib.
26 yaşlı siyasətçi Aylin 14 yaşından Sosial-Demokrat Partiyasının fəalıdır. 22 yaşında əyalət parlamentinin üzvü seçilib. 4 il ərzində partiyanın Qadınlar Təşkilatının idarə heyətinin ən gənc üzvü olub. Partiyanın qadınlar üzrə beynəlxalq təmsilçisidir.
Aylin Fazelian 11 bələdiyyə tərəfindən seçki vərəqəsində ikinci namizəd olub.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31