Alimin özü yox, abidəsi

Bakıda yerləşən akademiyaların birinin tələbələr üçün ayrılan istirahət guşəsinin divarında cərgə ilə biri-birindən maraqlı 9 şəkil asılıb. Şəkillərdə Sergey Brin, İlon Mask, Linus Torvalds, Jeff Bezos, Mark Zukerberg, Bill Qeyts, Stiv Cob, Larry Page və Lütfi Zadə kimi texnologiya nəhənglərinin ağıllı və maraqlı, təbəssümlü simaları yer alıb. Yəqin ki, akademiyaya gəlib bu lövhə qarşısında şəkil çəkdirməyən yoxdur.

Bakıda yerləşən akademiyaların birinin tələbələr üçün ayrılan istirahət guşəsinin divarında cərgə ilə biri-birindən maraqlı 9 şəkil asılıb. Şəkillərdə Sergey Brin, İlon Mask, Linus Torvalds, Jeff Bezos, Mark Zukerberg, Bill Qeyts, Stiv Cob, Larry Page və Lütfi Zadə kimi texnologiya nəhənglərinin ağıllı və maraqlı, təbəssümlü simaları yer alıb. Yəqin ki, akademiyaya gəlib bu lövhə qarşısında şəkil çəkdirməyən yoxdur. Sırf  bir azərbaycanlının dövrümüzün 9 texnologiya nəhənginin içində yer alması belə onun qarşısında (qürurla) şəkil çəkdirilməsi üçün yetərincə əsaslı səbəbdir. Qeyri-səlis məntiq nəzəriyyəsi banisinin Tesla, Amazon, Microsoft kimi texnologiya nəhənglərinin yaradıcıları ilə bir tutulması həmyerlimizin professoru olduğu Kaliforniyanın Berkli Universitetinin heç bir tələbəsi tərəfindən qeyri-adi vəziyyət kimi qarşılanmazdı. Çünki yalnız onlar deyil, dünya Lütfi Zadəni dahi kimi tanıyır. Lakin bu gün Lützi Zadənin qalmaqala çevrilən heykəli özündən, gördüyü işlərdən daha çox danışılan mövzuya çevrildi.

Əvvala qeyd etmək lazımdır ki, onun kimi alimimizin olduğu üçün nə qədər şanslıyıqsa, vəsiyyətinə əməl edilərək vətən torpağında dəfn olunduğu üçün də bir o qədər şanslıyıq. Həmçinin bu cür alimimizin heykəlini düzətmək işi həvalə olunan heykəltaraş da yetərincə şanslıdır. Yoxsa onun düzəltdiyi abidədən sonra heç kim içində gizli qalan heykəltaraşlıq istedadını bilməyəcəkdi. Abidə sübut etdi ki, Azərbaycanda hər kəsin heykəltəraşlıq qabiliyyəti var və istənilən heykəltəraşa dizayn vermək zövqündədirlər. Yoxsa "Mən olsam belə etməzdim" sözlərini hardan eşidəcəkdik. Bu cür sözlər eşitməmək üçün gərək heykəltəraşlar  işə başlamazdan əvvəl sorğu keçirə və ən çox bəyənilən dizaynda heykəl düzəldə.

Heykəlin nə qədər uğurlu, yaxud uğursuz olduğunu söyləməyəcəm. Mənim üçün dünya şöhrətli alimimizin var olması kifayətdir. Heykəl bəyənilə də bilər, bəyənilməyə də. Aydındır ki, bir sənət əsərini nə qədər bəyənən varsa bir o qədər də bəyənməyən olacaq. Əsas olan zövq məsələsi də deyil. Əsas olan ona hansı prizmadan baxmağınızdadır. Kimi heykələ baxıb Lütfi Zadənin iki əli ilə açdığı bir qapını bəşəriyyətin gələcəyinə açılan qapı kimi görəcək, kimi isə onu tində siqaret çəkən sərxoş kişilərə bənzədəcək. Hər iki halda da əsas olan ən azından heykəlin adını daşıdığı şəxsiyyət üçün hörmətlə yanaşmaqdır.

Maraqlıdır, heykəli tənqid edən "heykəltəraşlar" abidəyə hansı tərəfdən tənqidi yanaşırlar? Can yandırıb daha yaxşı düzəldilə bilinəcəyini düşündükləri üçün? Yoxsa heykəlin ümumiyyətlə varlığından narahat olduqları üçün? Birinci hal qəbul ediləndir, ikinci hal isə acınacaqlıdır. Çünki bizdə təəssüflər olsun ki, bir çox fərdlərdə belə bir düşüncə tərzi var ki, əgər ölkəmizin adı ölkə daxilində deyil, başqa ölkədə yaşıyıb yaradaraq təmsil olunursa deməli o insan artıq azərbaycanlı deyil. Yəni bizim alimimiz də, idmançımız da, bəstəkarımız da, rəssamımız da gözümüzün önündə olmalıdır. Düşünürsünüzmü bu gün argentinalılar Lionel Messini sırf katalon klubunda oynadığı və İspaniyada yaşadığı üçün Argentina adına və özü üçün qazandığı mükafatları qəbul etməsin? Düşünmürəm ki, argentinalılar Messini İspaniyada ölkələri adına elmi konfranslara qatılmadığı üçün tənqid etsinlər. Axı onun silahı elm deyil. Bu gün "Lütfi Zadə Azərbaycanı narahat edən məsələlərdə nə üçün ölkəsinə kömək olmayıb" kimi fikirlər səslənir. Onun silahı elmdir. Lütfi Zadə Azərbaycan adına elmdə özünü dünyaya təsdiqləmiş alimdir. Onun başqa işlər görməsi şərt deyildi.

Bu gün belə bir alim heykəl bəhanəsi ilə özünü "yumorist" hesab edən, cılız və məzmunsuz paylaşımları ilə sosial şəbəkə mühitində özünü təsdiqləmiş fərdlərin gülüş obyektinə çevrilib. Dünən Lütfi Zadəni tanımayanlar  bu gün onun abidəsindən özünə gülüş auditoriyası qazanır. Onu tanımayan kim isə yəqinki düzəldilən capslara baxarkən, abidənin şişirdilmiş bənzətmələrini oxuyan zaman onun hansısa komediya aktyoru olduğunu düşünər. Bütün bu hallarda isə bizim hamımızın günahı var. Özlərindən cılız insanlara auditoriya qazandırmasaq belə hallarla get-gedə daha az rastlaşarıq.

Belə bir halda, tam da doğru zamanda Avropa mədəniyyəti ilə müqayisə aparsaq bir çox alimin qeyri-adi, kreativ heykəlləri çoxdur. Lakin onların gördüyü işlər heykəllərindən daha çox müzakirə mövzusu olmur. Unutmayaq ki, bu gün məsxərəyə qoyulan abidə uğurlu, yaxud uğursuz, istənilən halda Lütfi Zadənin şəxsiyyətindən və ölkəmiz adına əhəmiyyətindən daha vacib deyil.

Nigar Orucova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31