“Uşaqlara necə deyəcəyimi bilmirəm” - Anarın keçmiş arvadı
5 Avqust 2018 11:08 SosialAzərbaycanlı reper Anar Nağılbaz gözlənilmədən vəfat edib.
Reperin keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva Nağılbazın dünyasını dəyişdiyini təsdiqləyib:
"Bəli, Anarın vəfat etdiyi doğrudur. Qara ciyəri fəaliyyətini dayandırıb. Onda bu problem çoxdan var idi. Mənə qızlar zəng edib dedi. Mən də keçmiş qayınatamla danışdım. O da təsdiqlədi. Uşaqlara hələ deməmişəm. Necə deyəcəyimi bilmirəm. Hansı hissləri keçirdiyimi sözlə ifadə edə bilmirəm".
Qeyd edək ki, Anarla Anjelika iki il əvvəl ayrılıb. Bu izdivacdan onların iki azyaşlı övladı dünyaya gəlib.
yenicag.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31