"6 gündür mənzildə su yoxdur" - Şikayət
Xətai Rayon Sukanal İdarəsindən şikayət var. Aslanova Lalə Akat qızının Olaylar.az-a verdiyi məlumata görə, Xətai rayonu, Naximov küç 183 q ünvanında yerləşən mənzildə 22 may tarixindən başlayaraq suyun verilməsində problemlər yaşanır.
6 İyul 2018 15:04 SosialXətai Rayon Sukanal İdarəsindən şikayət var. Aslanova Lalə Akat qızının Olaylar.az-a verdiyi məlumata görə, Xətai rayonu, Naximov küç 183 q ünvanında yerləşən mənzildə 22 may tarixindən başlayaraq suyun verilməsində problemlər yaşanır.
Şikayətçi bildirib ki, Xətai rayon su işçiləri tərəfindən ana xətt üzərində qanunsuz xətlərin çəkildiyi aşkarlansa da heç bir tədbir görülməyib.
L. Aslanova qeyd edib ki, 6 gündür mənzildə su yoxdur, mənzilə suyun verilməsi isə yalnız gecə saat 2 ilə 5 arasında mümkün olur.
Şikayətçi, Xətai Rayon Sukanal İdarəsinə və Müştəri Xidmətləri Şöbəsinə dəfələrlə müraciət etsə də heç bir nəticə hasil olmayıb.
Qeyd edək ki, Azərsu ASC ilə əlaqə saxlamaq cəhdimiz baş tutmadı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.