Nazirlik:“Meşədə baş vermiş yanğın lokallaşdırılıb”
6 İyul 2018 14:46 SosialMasallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Yardımlı rayonu sahəsində baş verən yanğının söndürülməsinə cəlb olunan Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, yerli icra hakimiyyəti nümayəndələrinin və rayon sakinlərinin fədakarlığı nəticəsində yanğın lokallaşdırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, lokallaşdırılan ərazilərdə olan yanğının və tüstülənmənin tam qarşısını almaq istiqamətində işlər davam etdirilir, çətin keçilən ərazilərə texnika da cəlb olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31