Könüllülük proqramı başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) reallaşdırılan VI Könüllülük Proqramı yekunlaşıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) reallaşdırılan VI Könüllülük Proqramı yekunlaşıb.

"OLAYLAR"-a BŞTİ-dən daxil olan məlumata görə, VI Könüllülük Proqramı çərçivəsində BŞTİ-yə 100-ə yaxın könüllü elektron ([email protected]) qaydada müraciət edib. Onlardan müvafiq meyarlar əsasında 54 nəfər müsahibəyə çağırılıb. Seçimlərin nəticələrinə uyğun olaraq, 18 nəfər BŞTİ-nin müvafiq struktur bölmələrində fəaliyyətə başlayıb.

Könüllü gənclər BŞTİ-nin müvafiq struktur bölmələrinin fəaliyyətində yaxından iştirak edib, onlara tapşırılan işləri uğurla yerinə yetirib, korporativ ünsiyyət vərdişləri və səmərəli təcrübə qazanıblar.

Könüllü kimi fəaliyyətlərini uğurla başa vuran gənclərin hər birinə BŞTİ tərəfindən müvafiq arayış veriləcək.

Qeyd edək ki, BŞTİ 5 ildir könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir. İntizamlı, xoşrəftar, kollektivdə çalışmağı, informasiya-kommunikasiya texnologiyaları ilə işləməyi bacaran, xarici dil biliklərinə malik, ali təhsilli və ya ali təhsil müəssisələrinin sonuncu kursunda oxuyan gənclər BŞTİ-də 3 ay təcrübə keçmək imkanı qazanırlar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31