Suyun verilməsi nə vaxt bərpa ediləcək? - Açıqlama

Suyun verilməsi ilə bağlı problem gün ərzində aradan qaldırılacaq və tam bərpa ediləcək.

Bu barədə Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı  bildirib. Onun sözlərinə görə, Kür və Ceyranbatandakı sutəmizləyici qurğularda suyun təmizlənməsi və ötürülməsi tamam dayanıb:

"Mingəçevir şəhərində məlum qəza su təchizatında da problemlər yaradıb. Oğuz-Qəbələ-Bakı su kəməri də nasoslarla işləyən subarteziyan quyularla qidalandığı üçün onun da fəaliyyətində fasilə yaranıb. Həmçinin şəhərdaxili nasoslar və anbarların da fəaliyyəti dayandırılmışdı. İndi Ceyranbatanda tam rejimi bərpa etmişik. Kürdə yığım prosesini də bərpa etmişik və tam rejimə keçmək üzrəyik. Oğuz-Qəbələ-Bakını da bu saatlarda qoşmağı planlaşdırırıq".

A.Cəbrayıllı bildirib ki, Kürdən Bakıya gələn xəttin dolması 12 saata qədər vaxt aparır:

"Hidravlik rejimin pozulmaması, sistemdə hava qalmaması və xəttin dağılmaması üçün xəttə su mərhələli şəkildə verilir".

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31