Nazirlik: "Xəstəxanalar generatorlar vasitəsilə fasiləsiz elektrik enerjisi ilə təmin edilib"

Mingəçevirdə əsas düyün yarımstansiyasında baş verən qəzaya görə işıqların sönməsi nəticəsində xəstəxanaların işində problem yaranmayıb.

Bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.

O qeyd edib ki, ölkə ərazisində fəaliyyət göstərən bütün xəstəxanalar generatorla təchiz olunub: "Elektrik enerjisinin verilişi dayandıqda, generatorlar avtomatik işə düşüb və xəstəxanalar fasiləsiz elektrik enerjisi ilə təmin edib. İşıqların sönməsinə görə xəstəxanalarda müalicə olunan xəstələr arasında ölüm faktı qeydə alınmayıb".

Nazirlik rəsmisi əlavə edib ki, təcili tibbi yardım maşınları çağırışlara vaxtında çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31