Mingəçevir İES-də baş vermiş yanğın xəstəxanaların işində problem yaratmayıb - RƏSMİ
3 İyul 2018 10:19 SosialMingəçevir İES-də baş vermiş yanğın xəstəxanaların işində problem yaratmayıb.
Publika.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib. O qeyd edib ki, ölkə ərazisində fəaliyyət göstərən xəstəxanalar generatorla təchiz olunub. Elektrik enerjisinin verilişi dayandırıldıqda, generatorlar avtomatik işə düşüb və xəstəxanaları fasiləsiz elektrik enerjisi ilə təmin edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31