İşıqların sönməsinin ilkin səbəbi — İSTİ HAVA ŞƏRAİTİ
3 İyul 2018 10:11 SosialPaytaxt Bakıda və respublikanın əksər digər şəhər və rayonlarında işıqlarının sönməsinə gətirib çıxaran qəzanın ilkin səbəbi açıqlanıb.
"Azərenerji" ASC-dən verilən məlumata görə, "Azərbaycan" İES-in tərkibinə daxil olan yarımstansiyalardan birində qəzanın baş verməsinə son günlər havaların kəskin isti keçməsi səbəb olub.Bildirilir ki, qəza yarımstansiyanın soyutma sistemlərində yaranan nasazlıqla əlaqədardır. Havaların kəskin isti keçməsi həmin soyutma sistemlərinin fəaliyyətinə mənfi təsir göstərib. Nəticədə qəza baş verib.Qarşıdakı bir neçə saat ərzində elektrik erjisinin verilişi bərpa olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31