Keçmiş nazir “Türk Dünyası Mükafatı” ilə təltif olundu- FOTO

Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun 100 illik yubileyinə həsr edilən “Türkdilli ölkələrdə təhsil və sosial elmlər” mövzusunda IV beynəlxalq simpozium keçirilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun 100 illik yubileyinə həsr edilən "Türkdilli ölkələrdə təhsil və sosial elmlər" mövzusunda IV beynəlxalq simpozium keçirilib.

Olaylar.az bildirir ki, beynəlxalq simpoziumda Türkiyənin və Azərbaycanın aparıcı universitetlərinin tanınmış alim və mütəxəssisləri, AMEA-nın nümayəndələri, Türkiyə Respublikası Baş Nazirliyinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Beynəlxalq Mədəniyyət və Dil Araşdırmaları Mərkəzinin, Türk Dünyası Təhsilçilər  Birliyi, Yunis Əmrə İnstitutunun və digər elmi müəssisə və təşkilatların təmsilçiləri iştirak ediblər.

Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov "Azərbaycanda riyaziyyat təhsilinin inkişaf tarixi" mövzusunda məruzə ilə çıxış edib.

M.Mərdanov türk dünyasına göstərdiyi xidmətlərinə görə "TURKCESS 2018" idarə heyəti tərəfindən "Türk Dünyası Mükafatı" ilə təltif olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31