Rənglər və sağlamlıq

Yeməklərdəki rəngarənglik iştahanı artırır. Elə buna görə də aşbazlar yemək hazırlayarkən daha çox tərəvəzdən istifadə etməyə çalışırlar. Tərəvəzlərdəki rəngarənglik sağlamlığa da xeyirlidir.
 

Rənglərin sağlamlığa təsirini təqdim edirik:

Bənövşəyi
Bu rəngdə olan tərəvəzlər sinir sisteminin sağlamlığı üçün yaxşıdır. Bu rəng tənəffüs yollarını açır, havanın ciyərlərə yaxşı ötürülməsinə kömək edir. Əgər gündəlik qida rasionuna bənövşəyi ərzaqlar daxil etmirsənsə, onda insan özünü yorğun hiss edir.  

Sarı 
Sarı tərəvəzlər bədəni mikroblardan təmizləyir və toksinləri azaldır. Bu ərzaqlar endokrin sistemi üçün vacibdir. Mədə narahatlığına, şəkər və sinir xəstəliklərinə kömək edir.

Qırmızı
İnsana güc, qüvvə, xoşbəxtlik bəxş edir. Qan dövranını yaxşılaşdırır, tonusu azaldır. Qırmızı ərzaqlar qanazlığından və depressiyadan əziyyət çəkənlərə də xeyirlidir.

Axsam

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31