Bölgələrdə Səyyar ASAN xidmət
Səyyar ASAN xidmət 27 iyun Xudat şəhərində, 28 iyun Qazax şəhərində, 3 iyul Qax şəhərində, 30 iyun Zirə qəsəbəsində, 3 iyul Daşkəsən və Tərtər şəhərində, 7 iyul Lerik şəhərində, 4 iyul Hökməli qəsəbəsində, 27 iyun – 26 iyul Kürdəmir və Lənkəran şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
25 İyun 2018 16:38 SosialSəyyar ASAN xidmət 27 iyun Xudat şəhərində, 28 iyun Qazax şəhərində, 3 iyul Qax şəhərində, 30 iyun Zirə qəsəbəsində, 3 iyul Daşkəsən və Tərtər şəhərində, 7 iyul Lerik şəhərində, 4 iyul Hökməli qəsəbəsində, 27 iyun - 26 iyul Kürdəmir və Lənkəran şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.