Azərbaycan Ordusu ilə bağlı silsilə tədbirlər

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Ordunun 100 illiyi münasibəti ilə müxtəlif məzmunlu maarifləndirici tədbirlər təşkil edir. Olaylar.az bildirir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi daxili Qoşunları və Bilik Fondunun birgə təşkilatçılığı ilə ordunun qüdrətinin təbliğatı və təşviqatı istiqamətində silsilə tədbirlər keçirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Ordunun 100 illiyi münasibəti ilə müxtəlif məzmunlu maarifləndirici tədbirlər təşkil edir. Olaylar.az bildirir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi daxili Qoşunları və Bilik Fondunun birgə təşkilatçılığı ilə ordunun qüdrətinin təbliğatı və təşviqatı istiqamətində silsilə tədbirlər keçirilir.

"Ordum varsa, yurdum var" şüarı ilə hazırlanan tədbirlərdə bu sahənin biliciləri olan alimlər mühazirələrlə çıxış edir, əsgər və zabitlərimiz şərəfli döyüş yolu keçmiş qəhrəmanlarımızla görüşürlər, Qarabağ müharibəsinə həsr olunan filmlər göstərilir, vətənpərvər ruhlu kitabların təqdimatları təşkil olunur.

Bilik Fondu müxtəlif təyinatlı hərbi hissələrdə əsgər və zabitləri dəfələrlə ziyarət edib. Bu günə qədər hərbi hissələrin kitabxanalarına mindən çox kitab hədiyyə olunub. "Əsgərə məktub" və "Əsgərdən məktub" layihələri çərçivəsində yazılan məktublar ordu-xalq birliyinə xidmət edib.

Görüşlərdə alimlərlə yanaşı, əsgər və zabitlər də çıxışlar edərək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməyə hazır olduqlarını bildiriblər.

Bilik Fondu işğaldan azad edilmiş Cəbrayıl rayon Cocuq Mərcanlı kəndinə də səfərlər təşkil edib. Bu səfərlərdə məktəblilərlər, kənd sakinləri ilə sıx təmaslar qurulub, həm məktəbə, həm də kənd məscidinə 1000 nüsxədən çox kitab hədiyyə olunub. Cocuq Mərcanlı kəndinə sonuncu səfərdə Bilik Fondunun "Mizan" Tələbə Dram Dərnəyinin görkəmli yazıçı Mir Cəlal Paşayevin əsərlərinin motivləri əsasında hazırladığı tamaşa nümayiş olunub.

Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiyaların təşkilində də Fond xüsusi ilə seçilir. Gənclər muzeyin hərb tariximizin ayrı-ayrı dövrlərini özündə ehtiva edən geniş zallarında Səfəvi dövlətindən tutmuş bu günə qədər olan hərb tariximiz barədə əyani vasitələrlə tanış olurlar.

Fondun "Tariximizi öyrənək və öyrədək", "Gənc jurnalistlər" klublarının üzvləri də ordu tarixinin daha yaxından öyrənilməsi məqsədi ilə mütəmadi tədbirlərə cəlb olunurlar. Gənclərin iştirakı ilə hərbi hissələrin kitabxanalarına elmi-kütləvi və bədii ədəbiyyat nümunələri hədiyyə olunur. Bilik Fondunun dəstəyi ilə Beyləqan rayonu ərazisində yerləşən hərbi hissədə əsgər və zabitlər üçün "Bilik otağı" yaradılıb, Tərtər şəhərində Qarabağ regional Bilik Evi fəaliyyətə başlayıb.

Silahlı Qüvvələr günü ərəfəsində Bilik Fondunun təşkilatçılığı və Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı heyətinin iştirakı ilə Binəqədi rayonu ərazisində yerləşən N saylı hərbi hissədə Azərbaycan Ordusunun yaradılmasının 100 illiyinə həsr olunmuş "Azərbaycan - yurdum mənim" mövzusunda ədəbi-musiqili kompozisiya, Pirküşkül qəsəbəsində yerləşən digər hərbi hissədə "Əsgər papağı" tamaşası nümayiş etdirilib.

Fondun hərbi vətənpərvərliyin təbliği istiqamətində layihələri davam edir. Azərbaycan ordusunun şanlı tarixini hər bir azərbaycanlının bilməsi vacibdir. Bu məqsədlə həyata keçirilən layihələr rəngarəngliyi ilə seçilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31