Rusiyalı turist Qobustan Qoruğunda qayalıqdan yıxıldı

Rusiyadan Azərbaycana gəzməyə gələn turist qayalıqdan yıxılaraq xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə Qobustan Milli Tarix-Bədii Qoruğunda baş verib.

Belə ki, Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən Qobustan Milli Tarix-Bədii Qoruğunda Rusiya vətəndaşı, 1978-ci il təvəllüdlü Sergey Jilnenko ehtiyatsızlıqdan qayalıqdan yıxılaraq xəsarət alıb.

O, xəstəxanaya yerləşdırılib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31