Bakı Ekspo 2025 ümumdünya sərgisinin namizədlik prosesinin finalçıları arasında
Beynəlxalq Sərgilər Bürosunun (BSB) İcraiyyə Komitəsi 4 may tarixində keçirilmiş iclasının ümumi hesabatını dərc edib. Bu hesabata Bakı şəhərinin 2025-ci ildə Ümumdünya sərgisinə namizədliyi məqsədi ilə ölkəmizdə səfərdə olmuş BSB-nin qiymətləndirmə missiyasının rəyi də daxil edilib.
15 May 2018 17:50 SosialBeynəlxalq Sərgilər Bürosunun (BSB) İcraiyyə Komitəsi 4 may tarixində keçirilmiş iclasının ümumi hesabatını dərc edib. Bu hesabata Bakı şəhərinin 2025-ci ildə Ümumdünya sərgisinə namizədliyi məqsədi ilə ölkəmizdə səfərdə olmuş BSB-nin qiymətləndirmə missiyasının rəyi də daxil edilib.
Ekspo 2025 Bakı Əməliyyat katibliyindən "OLAYLAR"-a daxil olan məlumata görə, 2025-ci ildə BSB-nin ümumdünya sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə İşçi Qrupu qürurla bəyan edir ki, Bakı şəhəri növəbti mərhələyə keçib və finala doğru irəliləməkdədir. Cari ilin noyabr ayında Paris şəhərində təşkil ediləcək BSB-nin Baş Assambleyasının 164-cü sessiyası zamanı üzv dövlətlər 2025-ci ildə BSB-nin ümumdünya sərgisinə ev sahibliyi edəcək şəhəri seçəcəklər.
2025-ci ildə BSB-nin ümumdünya sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə Qiymətləndirmə Missiyasının rəsmi hesabatında deyilir ki, Ekspo sərgisinin Bakıda keçirilməsi Azərbaycanın böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməsi istiqamətində təcrübəsinin artırılmasına və bu statusun daha da möhkəmləndirilməsinə məntiqi və böyük dəstək olacaq.