Yutubda dünya rekordunu qıran azərbaycanlı müğənni Elnarənin qardaşı qızıdır - VİDEO
12 May 2018 21:07 SosialRusiyadan, Türkiyədən təklif alan, bir anda məşhurlaşan Nahidə Elnarə Abdullayevanın qardaşı qızıdır.
Metbuat.az xəbər verir ki, Xəzər TV -nin "5\5" verilişinin qonaqları xanəndə Elnarə Abdullayeva və tez bir zamanda məşhur olan Nahidə Babaşlı olub. Aparıcı gənc istedadlı qıza necə məşhurlaşdığını sual edib. Nahidə isə gözləmədiyi halda məşhurlaşdığını bildirib:
"Murad Göyəbakanın "Ay üzlüm" mahnısını oxudum və Yutuba qoydum. İnanmazdım ki, 6 milyondan çox baxılacaq. Bir anda məşhurlaşacam və xarici dövlətlərdən təklif alacam. Hələ xarici təklifləri qəbul etmirəm. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin 4-cü kursunda oxuyuram. Dərslərimi bitirim, bundan sonra çağırışlara cavab verəcəm."
Qeyd edək ki, Nahidə Baxışlı xanəndəyə çox yaxın ailənin qızı olduğundan qardaşı qızı kimi təqdim edilib.