Əgər saçınız tez ağarırsa, xəstəlikləriniz var

Bəzi insanların saçı həddən artıq tez ağarır. Hər saç teli rəngini "melanosit" adlanan və rəng piqmenti ifraz edən hüceyrələrdən alır.

Bu hüceyrələrin funksiyasını itirməsi, piqment azalması, ya da yox olması saçlarda ağarma ilə nəticələnir. Aparılan bəzi araşdırmalarda saç ağarmasının ürək-damar xəstəlikləri ilə əlaqəsi olduğu bildirilib. Buna görə erkən saç ağarması problemi olanların kardioloji müayinədən keçməsi tövsiyə edilir.

Erkən saç ağarması olan insanlarda sümük azalması da görülə bilər. Sümük azalması (osteopeni) olan kişilərdə bunun qarşısını almaq üçün tədbirlər görülməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00