6 uşaq anası qaçırılaraq şeytan ritualı ilə öldürüldü - FOTOLAR

 

Hondurasda 6 uşaq anası qadın evinin yaxınlarından qaçırıldıqdan sonra şeytani bir ritual ilə qurban edilib.

Moderator.az xəbər verir ki. 42 yaşlı qadın alış-verişə getmək üçün evindən ayrıldıqdan sonra qaçırılaraq şeytani bir ritual ilə öldürülüb.

Bədbəxt qadının cəsədi evindən təxminən 150 metr uzaqlıqda tərk edilmiş bir evdə qara köynək geyindirilmiş halda tapılıb. Qadının cəsədi "pentagram" adı verilən beşguşəli ulduz fiqurunun içində olub və iki əlinin ovuc içinə də eyni simvollar həkk olunub. 

Qeyd edək ki. qadının mədəsindən dəfələrlə bıçaq zərbəsi aldığı bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00