Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayır

Azərbaycanda ilk dəfə  həyata keçirilən  bu tədbir Astarada reallaşdırılacaq. Tədbir Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunur. 

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı Azərbaycanın dilbər güşələrindən biri olan Astarada pasientlərə tibbi xidmət göstərəcək. Mərkəzin Heydər Əliyev Fondunun Regional inkişaf ictimai birliyi ilə birgə keçirdiyi mayın 8-dən 12-ə kimi davam edəcək tədbirdə məqsəd operativ şəkildə astaralı pasientləri müayinə-müaəlicə, hətta cərrahi əməliyyat etməkdir.   Lazım gəldikdə ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasientlərin isə paytaxtda yerləşən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaratmaqdır.  

İlk dəfə olaraq Astaradan başlayan bu humanitar aksiya ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan-Azərbaycan sərhədi ərazisində fəaliyyət göstərəcək. Səhiyyə Nazirliyinin dəstəyi ilə  yüksək ixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan  Səyyar Qatarın uzunluğu  25, eni 3 metrdir.  Qatarda yerləşən Dəmiryolu Səyyar klinikası  müasir oftalmolojı avadanlıqlarla təciz olunub və tam avtonom (elektrik, su, havalandırma və kondisioner sistemləri) vaqondur.  Səyyar Klinika eyni zamanda  üç hissədən-texniki hissə, oftalmolojı müayinə bloku və cərrahiyyə blokundan ibarətdir. Burda yüksək dərəcədə steril olan cərrahi otaq, geniş imkanlara malik müasir diaqnostik və cərrahi avadanlıq, o cümlədən fakoemulsifikasiya, mikroskop üsullarla  əməliyyatların aparılması üçün xüsusi aparaturalar var. Oftalmoloji müayinələr üçün bölmə avadanlıq və oftalmoloq yerinden ibarətdir. Müayinələr üçün avadanlıqlar lampa, refraktometr, tonometr, proyektor, lensmter və digərlərinən təşkil edilib. Həmçinin istirahət üçün və qeydiyyat üçün otaqları və sanitariya otağı fəaliyyət göstərir. Bir gün ərzində klinikanın həkim və orta tibb briqadası (6 həkim, 2 tibb bacısı, 2 rezident, 1 qeydiyyatçı və 1 mühəndis) vaqonda 300-dən çox müayinə-müalicə və 30 əməliyyat edə bilər. Bütün avadanlıqlar ABŞ, Almaniya, Yaponiya İtaliya kimi ölkələrdən olan şirkətlərə məxsusdur.

QEYD: Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi  tədbirlər ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən hesab olunur.  2005-ci ildən mərkəzin Səyyar Klinikası  mütamadi olaraq  respublikasının müxtəlif regionlarında pasientlərə xidmət göstərir. Bu günə qədər  yerlərdə 2 mindən  çox əməliyyat və 30 minə  yaxın müayinə və müalicə aparılıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31