Şahmat üzrə dünya çempionu, norveçli Maqnus Karlsen Göygöldə olub.
Trend-in məlumatına görə, o bu barədə öz "Twitter" səhifəsində yazıb.
Şahmatçı bildirib ki, Azərbaycanda olduğu son gündə ona doğma ölkəsini xatırladan bir yerə gəlib. Qrossmeyster füsunkar Göygöldən foto da paylaşıb.