Muxtar Babayevin yerinə təyinat oldu

Sumqayıtda Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azərikimya" İstehsalat Birliyinin  (AİB) Müşahidə Şurasına yeni sədr təyin olunub. Millət vəkili Muxtar Babayevin əvəzinə təyin olunan yeni sədr Arzumanzadə İmran Yaqub oğludur.

İ.Arzumanzadə daha öncə  "Azərikimya" İB-nin icraçı direktorunun müavini olub və 2015-ci ildə  Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə  ölkə başçısı tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib.

Qeyd edək ki, "Azərikimya" İB-nin Müşahidə Şurasının əvvəlki sədri,  millət vəkili Muxtar Babayev isə  prezident İlham Əliyevin sərəncamı ilə  Ekologiya və təbii sərvətlər naziri təyin olununb.  Xeberle.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31