Abituriyentlər üçün onlayn sınaq imtahanı keçiriləcək
30 Aprel 2018 14:39 SosialDövlət İmtahan Mərkəzi (DİM) abituriyentlərə kömək məqsədilə 2013-2017-ci illərdə qəbul və sınaq imtahanlarında istifadə olunmuş test kitabçaları üzrə onlayn sınaq imtahanları təşkil edir.
DİM-dən "Olaylar"a verilən məlumata görə, hər bir qrup üzrə qiyməti 3 manat olan onlayn sınaq imtahanlarına abituriyentlər evi tərk etmədən rahat şəkildə yazıla və ya onlara uyğun günün istənilən vaxtında daxil olub biliklərini yoxlaya bilərlər.Qeyd olunub ki, hazırda 2015 və 2016-cı il qəbul imtahanlarının sual kitabçaları üzrə onlayn sınaq mtahanları http://otk.az portalına yerləşdirilib. Digər illərə aid imtahan materialları portala yerləşdirildikcə əlavə məlumat veriləcək. http://otk.az portalında yerləşdirilmiş onlayn sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya "Milliön" terminalları vasitəsilə aparılır.