Dövlət Agentliyində hesabat yığıncağı keçirilib
30 Aprel 2018 14:21 SosialYeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi üzrə ərazi ilk partiya təşkilatının növbəti hesabat yığıncağı keçirilib. Agentlikdən "OLAYLAR"-a bildirilib ki, tədbiri giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov açıb. İdarə heyətinin sədri prezident seçkilərinin uğurla başa çatması və cənab Prezident İlham Əliyevin yenidən prezident seçilməsi münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.
Saleh Məmmədov çıxışında qeyd edib ki, 1993-cü ilin yayında vətəndaş müharibəsi astanasında cəmiyyətimizin bütün ümidləri ulu öndər Heydər Əliyevə idi. O vaxt xalqın tələbi ilə hakimiyyətə gələn ümummilli lider qısa müddət ərzində vəziyyəti sabitləşdirdi, bu da imkan verdi ki, ölkəmiz inkişaf yoluna qədəm qoysun və o ildən bu günədək Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedir. Daha sonra tədbirdə YAP Nəsimi rayon təşkilatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi üzrə ərazi ilk partiya təşkilatının sədri Əvəz Qocayev çıxış edib. Tədbirdə iştirak edən Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı da çıxış edərək, AAYDA-nin fəaliyyətini yüksək qiymətləndirərək Dövlət Agentliyinin rəhbərliyinə və əməkdaşlarına öz minnətdarlığını bildirib, Daha sonra xüsusi fəallığı ilə seçilən Dövlət Agentliyinin bir qrup gənc əməkdaşı da YAP Nəsimi rayon təşkilatı tərəfindən xüsusi diplomlarla təltif edilib.