AzTU-nu “Action space-2018”də təmsil edəcək startapçılar məlum olub
Azərbaycan Texniki Universitetində (AzTU) Fransanın “Action space” şirkəti tərəfindən elan edilən “Action space-2018” –Beynəlxalq İnnovasiyalar Yarışının növbəti mərhələsi keçirilib. “OLAYLAR”-a təhsil ocağından bildirilib ki, AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov tələbələrə “Action space-2018” startap yarışları haqqında qısa məlumat verib.
30 Aprel 2018 14:14 SosialAzərbaycan Texniki Universitetində (AzTU) Fransanın "Action space" şirkəti tərəfindən elan edilən "Action space-2018" -Beynəlxalq İnnovasiyalar Yarışının növbəti mərhələsi keçirilib. "OLAYLAR"-a təhsil ocağından bildirilib ki, AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov tələbələrə "Action space-2018" startap yarışları haqqında qısa məlumat verib. Prorektor bildirib ki, Fransanın "Action space" şirkəti tərəfindən keçirilən bu yarışmada əsasən kosmik sənaye, peyk rabitəsi və kosmik tədqiqatlar üzrə ideyalara önəm verilir. Bununla belə, yarışmada ideya seçiminin sərbəst olduğunu qeyd edən Sübhan Namazov qalib startapçıların 6 nəfərlik münsiflər heyəti tərəfindən səsvermə yolu ilə seçiləcəyini vurğulayıb.
AzTU-nun Elm və texnika üzrə prorektoru, professor İlham Pirməmmədov və Tərbiyə işləri üzrə prorektoru, professor İsa Xəlilov çıxışlarında layihənin önəmindən danışaraq tələbələri aktiv olmağa, təhsil aldıqları universiteti və Fransada ölkəmizi layiqincə təmsil etməyə çağırıblar.
Daha sonra ideyaların yarışması başlayıb.
Qeyd edək ki, yarışın növbəti mərhələsi ölkə üzrə 25-26 may tarixlərində keçiriləcək