Regional proqramlar respublikanın hər bir bölgəsində uğurla icra edilir

Respublikamızın hər yerində olduğu kimi Goranboy rayonunda da 2004-cü ildən icrasına başlanan Regionların social-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla həyata keçirilir.  Dövlət proqramları çərçivəsində  rayonda infrastruktur yaradılıb, əhalinin kommunal problemləri həllini tapıb, yeni yaradılan istehsal müəssisələri hesabına iş yerləri açılıb.

Respublikamızın hər yerində olduğu kimi Goranboy rayonunda da 2004-cü ildən icrasına başlanan Regionların social-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla həyata keçirilir.  Dövlət proqramları çərçivəsində  rayonda infrastruktur yaradılıb, əhalinin kommunal problemləri həllini tapıb, yeni yaradılan istehsal müəssisələri hesabına iş yerləri açılıb.

Həyata keçirilən uğurlu islahatlar və Dövlət Proqramlarının səmərəli icrası nəticəsində keçən il də Goranboyda əksər sahələrdə inkişaf, tərəqqi qeydə alınıb.

Belə ki, bu illər ərzində rayonun makroiqtisadi göstəricilərində müsbət dinamika müşahidə edilib. Nəticədə keçən il  ümumdaxili məhsulun həcmi 198,2 milyon manat, sənaye məhsulunun həcmi 11,8 milyon manat, kənd təsərrüfatı məhsullarının həcmi 90,4 milyon manat təşkil edib. Əhaliyə 58,2 milyon manatlıq ticarət, 3,6 milyon manatlıq nəqliyyat xidməti göstərilib. Əsas kapitala 46 milyon manat investisiya yönəldilib.
Pərakəndə əmtəə dövriyyəsi 16,6 faiz artıb, orta aylıq əmək haqqı 273,3 manata çatıb ki, bu da əvvəlki ilə nisbətən 8 faiz çoxdur.
Əhalinin pul gəlirləri 313,4 milyon manat (əvvəlki illə müqayisədə 11,5 faiz çox), adambaşına düşən pul gəliri isə 2766,5 manat və ya əvvəlki illə müqayisədə 100,2 faiz təşkil edib.
2016-cı ilə 70 biznes layihəsinin icrası üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara 799 min 200 manat kredit verilib, bu hesaba 185, digər sahələrdə 272 daimi, ümumilikdə isə 6009 yeni iş yeri yaradılıb. Bütün bu tədbirlərin nəticəsidir ki, ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi ilbəil artır. 2017-ci ildə bu rəqəm 82,3 faiz təşkil edib.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası çərçivəsində rayonda tikinti, abadlıq və quruculuq işləri davam etdirilib.

Son illər biz əhalini narahat edən sosial problemlərin həlli ilə bağlı da regional proqramlar çərçivəsində Goranboyda mühüm işlər görülüb. Heydər Əliyev Mərkəzi, 6 min nəfərədək üzvü olan YAP rayon təşkilatı üçün inzibati bina, şəhər 3 nömrəli məktəb üçün 480 şagird yerlik yeni bina, Uşaq Şahmat məktəbi, Avtovağzalı, 100 yerlik uşaq bağçası, 150 ticarət yeri olan Ticarət Mərkəzini inşa edilib.

Regional proqramlar çərçivəsində yol infrastrukturunun yaxşılaşdırılması ilə bağlı xeyli işlər görülüb. Belə ki,  37,75 km uzunluğunda Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun yenidən tikintisi ilə bağlı cənab Prezidentin müvafiq sərəncamları ilə ayrılmış vəsaitlər hesabına yolun 34 km hissəsinə asfalt-beton örtük salınıb. Yolun tikintisinin başa çatdırılması üçün 2,2 milyon manat əlavə vəsait ayrılıb.
Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun tikintisi Dövlət Proqramına salınıb və işə başlanılıb. Goranboy-Tərtər avtomobil yolunun Goranboy rayonu ərazisindən keçən 10 km uzunluğunda Qızılhacılı-Xan Qərvənd hissəsi əsaslı təmir edilib, yolun Xan Qərvənd kəndindən keçən hissəsində səki inşa edilib, 4 ədəd dayanacaq quraşdırılıb. 3,5 km Hazırəhmədli-Qarasuçu və 1,5 km Hazırəhmədli-Göynüyən avtomobil yollarına asfalt-beton örtük salınıb. Əhalinin çoxsaylı müraciətləri nəzərə alınaraq magistral yoldan Nizami kəndinə gediş-gəliş üçün yol dairəsi inşa edilib. Dəliməmmədli-Quşçular-Fəxralı-Alpout-Qurbanzadə avtomobil yolunun tikintisi ilə bağlı təşkilati iş aparılır. Ümumilikdə isə son 8 ildə 130 km-dən artıq yol yenidən tikilib ki, bu da mövcud kəndlərarası yolların 67 faizi deməkdir.

Dövlət Proqramları çərçivəsində  rayonun yaşayış məntəqələrində də abadlıq-quruculuq işləri davam etdirilib. Əvvəlki illərdə olduğu kimi yerli icma və qeyri-hökumət təşkilatlarının maliyyə dəstəyi ilə yerli əhəmiyyətli problemlərin həlli ilə bağlı layihələrin icrası nəzarətdə saxlanılıb. Ümumilikdə isə təkcə son illərdə 12 layihə həyata keçirilib. Bu layihələrdən 6-sı yolun təmiri, 5-i icmanın abadlaşdırılması, 1-i isə suvarma sisteminin təmiri olub. 5 kənddə 53,5 km kəndarası yollar, həmçinin 12,3 km Ağamalıoğlu-Baxçakürd-Dəyirmanlar yolu yenidən qurulub, 6 ədəd avtobus dayanacağı quraşdırılıb. Bəşirli, Qırıqlı, Xoylu, Muzdurlar, Nadirkənd kənd qəbristanlıqlarının ətrafına 4166 metr yeni hasar çəkilib, abadlıq işləri aparılıb, su xətti çəkilib, bulaqlar tikilib. Zeyvə kəndində isə 10,3 km suvarma kanalı lildən təmizlənərək təmir edilmiş, su keçidləri quraşdırılıb.
Cənab Prezidentin tapşırığına əsasən açılmış ictimai iş yerlərində 524 nəfər aztəminatlı vətəndaş işlə təmin edilib. Onlardan 76 nəfəri rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində işləməklə hər ay 125 manat, çoxmənzilli binaların təmirində isə 150 nəfər işləməklə hər ay 200 manat əmək haqqı alır. Cənab Prezidentin tapşırığına əsasən də 335 yeni ictimai iş yeri açılıb ki, onlardan 260-ı Goranboy Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində, 75-i çoxmənzilli binaların təmirində çalışır.
Rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində Goranboyda təhsil və səhiyyə sahəsində də xeyli işlər görülüb. Belə ki, Dövlət Proqramının ikinci mərhələsi çərçivəsində 24 məktəb, 3 əlavə tədris korpusu inşa edilib, 11 məktəb isə əsaslı təmir olunub.
Təbii ki, bütün bunlar tədrisin keyfiyyətinə müsbət təsir göstərib. Son illər ali məktəblərə qəbulun nəticələrindəki müsbət binamika da bunu deməyə əsas verir. Ötən tədris ilində Qaraçinar kənd tam orta məktəbin on birinci sinif şagirdi Firdus Mamedov qızıl medala layiq görülüb, qəbul imtahanında 671 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub. Ümumilikdə orta məktəbləri bitirən 905 məzundan 473-2 ali məktəblərə sənəd verib, onlardan 304-ü tələbə adını qazanıb. Məzunlardan 19 nəfəri 600 baldan yuxarı, 56 nəfəri isə 500-600 bal intervalında nəticə göstərib.
Hazırda rayon üzrə 16 məktəbin tikintisinə ehtiyac var. Məktəbəqədər təhsilin ilkin pilləsi olan uşaq bağçalarının maddi bazasının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılıb. Kələk kəndində yeni uşaq bağçası üçün bina inşa edilib. Ağamalıoğlu kənd uşaq bağçasında əsaslı təmir işləri aparılıb.
Bu illər ərzində həmçinin mədəniyyət müəssisələri tərəfindən əhaliyə göstərilən mədəni xidmətin səviyyəsi yaxşılaşdırılıb. Mühüm dövlət bayramları ilə bağlı konsert proqramları təşkil edilib, görkəmli mədəniyyət xadimlərinin yubileyləri qeyd edilib.
Dövlət Proqramlarının uğurlu icrası Goranboyda turizmin də inkişafına zəmin yaradıb.  Belə ki, rayonun turizm-istirahət mərkəzlərinin xidmətindən 21 min nəfərdən çox turist istifadə edib ki, bu da əvvəlki illə müqafisədə xeyli çoxdur.
Goranboyda səhiyyə xidmətləri də kifayət qədər yaxşılaşdırılıb. Belə ki, rayon xəstəxanası 80-ci illərin əvvəllərində istfiadəyə verilməklə uzun müddət heç bir təmir işləri aparılmadığından bərbad vəziyyətə düşüb. Ona görə də burada əhaliyə lazımi səviyyədə xidmət göstərilməsi mümkün deyildir. Stasionar xəstələrin müalicəsi üçün heç bir şərait olmadığından onlar başqa yerlərə getmək məcburiyyətində qalırlar. Cənab Prezident 2014-cü ildə rayona səfəri zamanı problemlərlə maraqlanarkən Mərkəzi xəstəxananın tikintisi ilə bağlı müraciət edilib. Artıq məsələ öz həllini tapıb. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə rayon Mərkəzi xəstəxanasının yeni binasının tikintisi üçün vəsait ayrılıb, işə başlanılıb. Müasir tibbi avadanlıqlarla təchiz ediləcək yeni bina bu ilin iyun ayınadək əhalinin istifadəsinə veriləcək.

Əvvəlki illərdə olduğu kimi ötən il də cənab Prezidentin tapşırığına əsasən 66125 nəfər əhalinin profilaktiki tibbi müayinəsi keçirilib, aşkar edilmiş xəstələr müalicəyə cəlb olunub.

Bu il də cənab Prezidentin tapşırığı ilə əhalinin profilaktiki, tibbi müayinəsi keçiriləcək.
Artıq bir neçə ildir ki, tapşırığım əsasında əhaliyə göstərilən səyyar xidmət müsbət qarşılanır.
 

Rayonda da gənclərin milli-mənəvi ruhda tərbiyəsi, onlar arasında neqativ halların baş verməməsi, idmanın kütləviliyinin artırılması istiqamətində ardıcıl tədbirlər görülür. Bunun nəticəsidir ki, rayonun "Turan" komandası ümumrespublika intellektual bilik yarışmasının, idman məktəbinin yetirməsi Əsgər Əlizadə yunan-roma güləşi üzrə, Rəvan Əhmədov isə cüdo üzrə beynəlxalq turnirin qalibi olub.

Dövlət proqramlarının uğurlu icrası nəticəsində aqrar bölmədə ciddi uğurlar əldə edilib. Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsi"ndə ölkədə dayanıqlı inkişafın təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsi, rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsalının və emalının genişləndirilməsi üçün əlverişli mühitin yaradılmasını təmin etmək məqsədilə konkret tədbirlər, o cümlədən "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə 9 strateji hədəf və 36 prioritet istiqamət müəyyən edilib.
Eyni zamanda pambıqçılığın, tütünçülüyün, baramaçılığın və digər sahələrin inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramları aqrar sahənin inkişafına ciddi təkan verib.
Goranboy və Samux rayonlarının inzibati ərazisində yerləşən "Boz dağ" massivində yaradılmış Goranboy Aqroparkının fəaliyyətə başlaması üçün xeyli iş görülüb.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31