Abşeronda 3 otaqlı ev yanıb

Abşeron rayonunda 3 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə rayonun Pirəkəşkül qəsəbəsində ümumi sahəsi 110 m2 olan birmərtəbəli 3 otaqlı evin giriş qapısının taxta üzlüyü, dəhlizinin tavanı 2 m2 sahədə və talvarın yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31