Həbs edilmiş şəxslərin sayı 25 faiz azalıb
27 Aprel 2018 15:22 SosialPrezident İlham Əliyev tərəfindən imzalanmış əfv sərəncamları ilə 3800 məhkumun, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş amnistiya aktları ilə 40 mindən çox şəxsin, həmçinin cinayət qanunvericiliyinə mühüm dəyişikliklər edilərək iqtisadi sahədə bəzi əməllərin dekriminallaşması nəticəsində yüzlərlə məhkumun müxtəlif cəzalardan azad olunması təmin edilib. Bu barədə Ədliyyə Nazirliyindən "Olaylar"a veriln məlumata görə, dövlət başçısının humanist siyasətinin təzahürü olaraq 2017-ci il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamının icrası ilə bağlı çoxsaylı tədbirlər görülüb. Probasiya nəzarətinin təsbit olunması, alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb. Artıq həmin vasitələrin tətbiqi qaydaları Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Hazırda lektron qolbaqların geniş tətbiqinə dir ictimai təqdimatın keçirilməsi nəzərdə tiutulur. Məlumatda o da bildirilib ki, qeyd edilən sərəncamın imzalanmasından ötən 1 il ərzində istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı 25 faizə qədər azalıb, həbsdən azad edilənlərin sayı 14 faiz artıb, cəzanın yüngüllüyü ilə bağlı verilən protestlər isə xeyli azalıb.