Daşkəsən sakini dərmandan zəhərlənib

Daşkəsəndə 45 yaşlı qadın dərmandan zəhərlənib.

Rayonun Bayan kənd sakini 1973-cü il təvəllüdlü Qasımova Validə Aydın qızı dərman zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, qadın qardaşı ilə mübahisə etdikdən sonra müxtəlif dərman həbləri qəbul edərək zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31