BƏƏ-nin mebusiness.ae internet potalında Azərbaycanla bağlı məqalə dərc olunub

Azərbaycan Respublikasının BƏƏ-dəki səfirliyin dəstəyi ilə BƏƏ-nin mebusiness.ae internet portalında “Bakı.. Xəzər dənizinin sahilindəki turizm möcüzəsi... Ən gözəl şəhərlər taxtında əyləşmək üçün zamanı qabaqlayan küləklər şəhəri” adlı məqalə dərc olunub.

Azərbaycan Respublikasının BƏƏ-dəki səfirliyin dəstəyi ilə BƏƏ-nin mebusiness.ae internet portalında "Bakı.. Xəzər dənizinin sahilindəki turizm möcüzəsi... Ən gözəl şəhərlər taxtında əyləşmək üçün zamanı qabaqlayan küləklər şəhəri" adlı məqalə dərc olunub.

"OLAYLAR" -a Azərbaycanın bu ölkədəki səfirliyindən bildirilib ki,.11 aprel 2018-ci il tarixində Azərbaycanda keçirilmiş prezident seçkilərini müşahidə etmək məqsədilə Bakıda səfərdə olmuş müəllif şəhərdə tam bir həftə qaldığını, Bakının ecazına valeh olduğunu qeyd edərək, yerli əhali arasında Bakının küləklər şəhəri adlandırıldığını oxucularının diqqətinə çatdırıb.

Qafqaz şəhərləri arasında Bakının ən böyük və ən gözəl şəhər olduğunu bildirən müəllif tarixi və memarlıq üslubu ilə şəhərin buraya gələn hər bir turisti valeh etdiyini qeyd edib, YUNESKO-nun İçərişəhərin məftunedici divarları, dizaynı, arxitekturası barədə danışmış və Şirvanşahlar sarayı, filosof S.Y.Bakuvi, Nizami küçəsi və Bakının füsunkar gecələri barədə oxucularına məlumat verib.

Bakı Kristal hall, Qız qalası, Qobustan qayaüstü rəsmləri, Heydər Əliyev Mərkəzi, Xalça muzeyi, Atəşgah və sair görməli və gəzməli yerlər barədə məlumat verən müəllif odlar diyarı olan Azərbaycanın zəngin neft və qaz ehtiyatlarına malik olduğunu və şəhərin mərkəzində yerləşən alov dilimlərinin Bakıya xüsusi gözəllik verdiyini vurğulanıb.

Müəllif Qız Qalasının Bakının ən görməli yerlərindən biri olduğunu bildirərək, parislilərin Eyfeli sevdiyi qədər azərbaycanlıların da Qız Qalasını sevdiyini qeyd etmiş, qalanın əvvəl məbəd və daha sonra mayak kimi istifadə edildiyini vurğulamış və 28 metrlik qalanın zirvəsidən Bakının ecazkar panoramasının müşahidə edildiyini diqqətə çatdırıb.

Azərbaycanın zəngin mətəxə malik olduğunun qeyd olunduğu məqalədə yerli əhalinin ənənəvi çörəyi olan - təndir çörəyi-nin xüsusi dada malik olduğu və onun inək pendiri, qaymaq, qara çay və mürəbbə ilə təqdim olunduğunu qeyd olunmuş, Azərbaycanın milli geyimi və məşhur əl xalçalarından danışılmış və XV əsrdə tikilmiş Şirvanşahlar sarayından söhbət açılıb.

Sonda Heydər Əliyev Mərkəzi, Qobustan və Atəşgah barədə oxucularını məlumatlandıran müəllif sözün əsl mənasında Azərbaycan valeh olduğunu və daha sonra buraya sevə-sevə gəlmək arzusunda olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31